Kirpi kinojurnalı haqqında

“Uşaqlar yeni nəsil, yeni nəfəs, Azərbaycanın müasir gələcəyidir, bu məqsədlə “KİRPİ” ilk uşaq yumoristik kinojurnalı sürətlə inkişaf dövrü yaşayan ölkəmizdə, müasir zəmanə ilə ayaqlaşaraq ətraf mühitdə, gündəlik həyatda baş verən hadisələri, məişət problemləri uşaqların dili ilə, yumorla tamaşaçıya çatdıracaq. Uşaqları maarifləndirmək, onların yumor zövqünü yüksəltmək üçün yaranan kinojurnalımızın bu sayında tamaşaçılar yenə də tanınmış insanlar ilə bərabər balaca dostlarımızı izləyə biləcəklər. ”

-Cavid Şahbazbəyov, “Kirpi” uşaq yumoristik kinojurnalının yaradıcısı və rəhbəri.